CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

At oğruları ələ keçdi

Onlar müxtəlif vaxtlarda oğurladıqları heyvanları Bərdə və İmişli rayonuna apararaq orada satıblar.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Ağdaşda silsilə oğurluq hadisələri qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək rayonun Qaradeyin kəndi ərazisindən 18 rəst at və 16 baş camışın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.
37 yaşlı Orxan İbrahimov və 26 yaşlı Tural Qasımov
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 37 yaşlı Orxan İbrahimov və 26 yaşlı Tural Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar müxtəlif vaxtlarda oğurladıqları heyvanları Bərdə və İmişli rayonuna apararaq orada satıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.