RUSİYA

Vaşinqton və London bəzi MDB ölkələrində "Ukrayna ssenarisi" üzərində işləyirlər -Narışkin

Xarici fondların dəstəyi ilə Avrasiyada qərbyönümlü, eyni zamanda Rusiya ilə Çin əleyhinə gündəmi təbliğ edən informasiya-analitik platforma və resurslar şəbəkəsi mövcuddur.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Vaşinqton və London Müstəqil Dövlətlər Birliyinin (MDB) bəzi ölkələrində "Ukrayna ssenarisi"nin təşkili üzərində işləyirlər.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB-yə üzv olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən iclasında bildirib.
"Vaşinqton, London və Brüsseldə bəzi MDB ölkələri üçün "Ukrayna ssenarisi"nin tətbiqi variantlarını araşdırırlar. Bu, milli kimliyin gücləndirilməsi bəhanəsi ilə millətçiliyi qızışdırmaq və Qərblə inteqrasiyaya sövq etmək deməkdir. ABŞ və Avropa xüsusi xidmət orqanlarının MDB-dəki millətçi partiya və hərəkatlarla mütəmadi əlaqələri barədə məlumatlar daxil olur", Narışkin bildirib.
Narışkinin sözlərinə görə, xarici fondların dəstəyi ilə Avrasiyada qərbyönlü və eyni zamanda Rusiya və Çin əleyhinə gündəmi təbliğ edən informasiya-analitik platforma və resurslar şəbəkəsi mövcuddur.
"Dövrün tələbləri ilə nə qədər uyğunsuz görünsə də, səxavətli xarici maliyyələşdirmə bu cür strukturların həmişə üzdə qalmasına imkan verir", Xarici Kəşfiyyat Xidmətinin direktoru əlavə edib.