DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın Ukrayna ilə bağlı danışıqlara nə vaxt başlayacağı məlum olub

Tramp Moskva və Kiyevə "döyüş meydanındakı status-kvonu qəbul etməyi" təklif edəcək.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ilin sonuna qədər Ukrayna ilə bağlı sülh danışıqlarına başlaya bilər, çünki münaqişənin gərginləşməsi getdikcə idarəolunmaz hala düşür.
Bu barədə türkiyəli analitik Mehmet Çağatay Gülər "RİA Novosti ilə söhbətində deyib.
Analitikin sözlərinə görə, Tramp Ukraynadakı vəziyyətin getdikcə idarəolunmaz hala gəldiyini anlayaraq danışıqlara başlaya bilər. Eyni zamanda, Gülər, qeyri-rəsmi səylərin nə qədər məhsuldar ola biləcəyinin "mübahisəli olaraq qaldığını" açıqlayıb, çünki onların sonradan həyata keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Çağatay Gülərin fikrincə, Tramp Moskva və Kiyevə "döyüş meydanındakı status-kvonu qəbul etməyi" təklif edəcək, lakin hadisələrin bu cür inkişafı münaqişənin hər iki tərəfini qane etməyəcək.
Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Tramp Ukrayna münaqişəsinə son qoymaq planını yanvar ayında təqdim edəcək.
Xatırladaq ki, noyabrın 15-də Tramp Ukraynadakı münaqişəni sona çatdırmaq üçün "çox çalışacağına" söz verib. Siyasətçi dəfələrlə bəyan edib ki, prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada hərbi əməliyyatların bitməsinə nail olacaq və Üçüncü Dünya Müharibəsinin başlanmasının qarşısını alacaq.
DÜNYA XƏBƏRLƏRİ
Tramp Avropa liderlərinin Putin və Zelenskinin "qələbə planı" barədə fikirlərini soruşub