BAKI, 26 noyabr — Sputnik. İranın dini lideri Əli Xamneyi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsinə ilk reaksiyasını verib.
Xamenei İsrail liderləri üçün "həbs qərarı yox, ölüm hökmü verilməlidir" deyib.
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) baş prokuror Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək həbsinə order verilməsi ilə bağlı tələbini qəbul edən qərar çıxarıb.
İlk dəfədir ki, İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı verilir və bir ölkənin rəsmilərinə qarşı bu order verilir.