BAKI, 26 noyabr — Sputnik. Norveç parlamentinin üzvü Gyuri Melbyu hesab edir ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasətində boşluq var və bu, gübrələrə qarşı kifayət qədər məhdudiyyətin olmamasıdır.
Bu barədə "Lenta.ru" parlament üzvünün Norveç xarici işlər nazirinə məktubunun mətninə istinadən yazır.
Melbyu qeyd edib ki, 2022-ci ilin əvvəlindən Aİ Rusiya azot gübrələrinin alışını 48% artırıb. Hazırda Rusiya Federasiyası bütün Avropa karbamid idxalının üçdə birini təşkil edir.
"Rusiya gübrələrinin Avropaya kütləvi satışı sanksiya qaydalarında açıq-aşkar boşluğun olduğunu və Rusiya qazından asılılığı Rusiya gübrələrindən asılılıqla əvəz etdiyimizi göstərir", məktubda deyilir.
Norveç parlamentinin üzvü ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək, nazirin Rusiya gübrələrinə qarşı sanksiyalarla bağlı Aİ ilə dialoqa girməyi düşünüb-düşünmədiyini soruşub?
Sentyabr ayının nəticələrinə görə, Rusiya gübrələrinin Avropa bazarındakı payı 32,1%-ə çatıb. Bu, 2022-ci ilin mart ayından bəri ən yüksək göstəricidir.
Bu yaxınlarda Rusiya Aİ-yə qaz tədarükünə görə birinci yerə çıxıb.