BAKI, 26 noyabr — Sputnik. Qərb ölkələri Gürcüstanda rəngli inqilab etməyə çalışırlar. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XX iclasında bildirib.
"Dünyada vəziyyətin son dərəcə gərgin olması və qərbli həmkarlarımızın səyləri ilə hər gün daha da gərginləşməsi barədə ətraflı danışmağa ehtiyac yoxdur. Onlar indi Gürcüstanda etməyə çalışdıqları kimi irimiqyaslı informasiya müharibələrinin təşkilindən tutmuş birbaşa rəngli inqilabların başlanmasına qədər müxtəlif çirkin geosiyasi texnologiyalardan istifadə edirlər", - Lavrov deyib.
Lavrov qeyd edib ki, Qərb ölkələri dünyanın digər ölkələrində daxili münaqişələr, gərginlik ocaqları yaradır: "Onlar qlobal Cənub və Qlobal Şərq dövlətlərində daxili siyasi vəziyyəti qeyri-sabitləşdirmək üçün Qərb qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsindən fəal şəkildə istifadə edirlər".