DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin ABŞ-ın dünya səhnəsində rahat fəaliyyət göstərməsinə imkan vermir

Rusiya liderinin səsi regional icmalarda getdikcə daha çox eşidilir. O, qlobalistlərə və onların iqtisadiyyatdakı tətbiqlərinə fəal şəkildə qarşı çıxır.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Ankara arasındakı münasibətləri səmərəli idarə edir.
Bu sözləri Türkiyənin hökumətyönlü "Sabah" qəzetinin şərhçisi Melih Altınok deyib.
Onun sözlərinə görə, Rusiya liderinin səriştəli siyasəti ABŞ-a regionda və bütövlükdə bütün dünyada rahat hökm sürməyə imkan vermir.

"Məsələn, Rusiyanın Suriyadakı mövcudluğu ABŞ və onun nəzarəti altında olan Xalq Özünümüdafiə Qüvvələrinin effektivliyini azaldan elementdir" – şərhçi qeyd edib.

"Vladimir Putin, həmçinin "Ümumdünya Səhiyyə Təşkilatına da baş əyməyib". O, koronavirus infeksiyası ilə mübarizə üçün müdrik milli siyasət həyata keçirib" – Altınok sözünə davam edib.
"Bundan əlavə, Rusiya liderinin səsi regional icmalarda getdikcə daha çox eşidilir. O, qlobalistlərə və onların iqtisadiyyatdakı tətbiqlərinə fəal şəkildə qarşı çıxır. Siyasətçi Qərb mediasındakı qəzəb dolu yazılara fikir vermir, əksinə, öz ölkəsinin xeyrinə işləyir. Beynəlxalq ictimaiyyət isə ABŞ-ın sınıq-salxaq vəziyyətdə qoyub getdiyi ölkəni prezidentin yenidən dirçəltdiyini, sadəcə etiraf etmək istəmir" – Türkiyəli şərhçi sözünü yekunlaşdırıb.
Bundan əvvəl Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının baş tutduğu bildirilib. Tərəflər ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.