RUSİYA

NATO Rusiyanı təhdid etməklə ədəb qaydalarını aşır - Lavrov

NATO hərbi komitəsinin rəhbəri birbaşa bəyan etdi ki, Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə məqsədlərinə nail olmaq üçün hədəflərə qabaqcadan zərbə endirmək lazımdır.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. NATO onun üzvü olan ölkələri təhdid edə biləcək hədəflərə Rusiya Federasiyası ərazisində qabaqlayıcı zərbə endirilməsinin mümkünlüyünü bəyan etməklə bütün nəzakət qaydalarını aşır və əsl niyyətini açıq elan edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XX iclasında deyib.
"Bu günlərdə NATO-nun hərbi komitəsinin rəhbəri birbaşa bəyan etdi ki, Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə məqsədlərinə nail olmaq üçün hədəflərə qabaqcadan zərbə endirmək lazımdır. Rusiya Federasiyasının ərazisi, NATO-nun fikrincə, alyansın üzvü olan ölkələr üçün təhlükə yarada bilər. Məncə, burada şərh etməli bir şey yoxdur, Sadəcə olaraq, bütün nəzakət qaydalarından imtina edilib və əsl niyyətlər artıq ictimaiyyətə açıqlanır", Lavrov bildirib.
Bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirmişdi ki, alyans silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiya ərazisinə qabaqlayıcı yüksək dəqiqlikli zərbələrin endirilməsini müzakirə edir.