RUSİYA

MDB-də sabitliyinin pozulmasının qarşısını almaq lazımdır - Putin

Rusiya prezidenti bildirib ki, potensial təhdidləri müəyyənləşdirmək, onların inkişafını proqnozlaşdırmaq, məlumat və iş təcrübəsi mübadiləsi aparmaq lazımdır.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. MDB və ətraf regionlarda sabitliyinin pozulmasının qarşısının alınması vacibdir. Bunu Rusiya prezidenti Vladimir Putin DB ölkələrinin kəşfiyyat xidmətlərinə müraciətində bəyan edib.
"Həm MDB-də, həm də qonşu regionlarda vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq lazımdır. Bunun üçün əvvəlki kimi kollektiv təhlükəsizliyə qarşı hər hansı mənfi tendensiyaları və potensial təhdidləri müəyyənləşdirmək, onların inkişafını proqnozlaşdırmaq, məlumat və iş təcrübəsi mübadiləsi aparmaq lazımdır", Rusiya Prezidenti bildirib.
Prezident vurğulayıb ki, 20 il ərzində belə görüşlər aktual məsələlərin müzakirəsinə, MDB ölkələrinin daxili və xarici təhdidlərdən qorunmasına yönəlmiş həll yollarının birgə işlənib hazırlanmasına, kəşfiyyat orqanları arasında əməkdaşlığın yeni forma və mexanizmlərinin qurulmasına imkan verib.
"Bu gün çətin geosiyasi şəraitdə konstruktiv qarşılıqlı fəaliyyətiniz xüsusilə vacibdir", - Putin bildirib.
Putin Moskvada baş tutan görüşün MDB dövlətləri və xalqlarının mənafeyi naminə tərəfdaşlığın dərinləşdirilməsində mühüm mərhələ olacağına, həmçinin Birlik məkanında sülh və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəyinə əminliyini ifadə edib.