BAKI, 26 noyabr — Sputnik. ABŞ dövlət borcunun sürətlənmiş və davamlı artımı qlobal iqtisadiyyat, o cümlədən inkişaf etməkdə olan ölkələr üçün böyük problemlər təhlükəsi yaradır.
Bu barədə "Global Times" yazıb.
Qeyd olunub ki, ABŞ hökuməti hazırda borc sistemini dəstəkləyə bilər, lakin bu, gələcəkdə ciddi problemlər yaratmağa səbəb olar.
"Sürətləndirilmiş artım ABŞ Xəzinədarlığına inamı sarsıdan risklər yaradır ki, bu da daha yüksək gəlirlərə və qlobal maliyyə bazarlarında dəyişkənliyin artmasına səbəb ola bilər" - materialda deyilib.
İnkişaf etməkdə olan ölkələr üçün bu, kapital axınına, yerli valyutanın ucuzlaşmasına və kredit xərclərinin artmasına səbəb ola bilər.
Bundan əvvəl ABŞ-ın dövlət borcunun 36 trilyon dolları ötərək tarixi maksimuma çatdığı bildirilib.
Xatırladaq ki, bu il ərzində dövlət borcu 2 trilyon dollar artıb, yanvarda 34 trilyon dollar olub.