PAYTAXT XƏBƏRLƏRİ

Bakıda sərnişindaşımada yenilik

COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq "BakuBus"ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaq.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Bu gündən etibarən elektrik mühərrikli 160 ədəd avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq "BakuBus"ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaq.
Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunub.