BAKI, 24 noyabr — Sputnik. İnsanlar tez-tez az miqdarda spirt içməyin təhlükəsiz və zərərsiz olduğuna inanırlar.
Lakin narkoloq Konstantin Filatov RuNews24.ru-ya müsahibəsində bu yanlış fikri təkzib edib.
Filatovun sözlərinə görə, istənilən miqdarda spirt sağlamlığa mənfi təsir göstərir. Həkim vurğulayıb ki, alkoqolun təhlükəsiz dozaları yoxdur, çünki o, minimum miqdarda belə mənfi nəticələrə səbəb ola bilər.
Belə ki, spirt mərkəzi sinir sistemi, qaraciyər, böyrəklər, ürək və qan damarları da daxil olmaqla, bədənin bütün orqan və sistemlərinə təsir göstərir. Daimi istifadəsi alkoqolizm, qaraciyər sirozu, hipertoniya, aritmiya və digər xəstəliklərə səbəb ola bilər. Mütəxəssis əlavə edib ki, insan özünü başqa cür inandırmağa çalışa bilər, lakin çoxdan sübut olunub ki, spirt yalnız dağıdıcı asılılığa səbəb olur.
Narkoloq qeyd edib ki, hamiləlik dövründə spirtli içki qəbul etmək döldə anadangəlmə qüsurlara və uşağın səhhətində digər ciddi problemlərə səbəb ola bilər. Hətta sağlam bir insan üçün hər gün, sadəcə bir stəkan pivə içmək ciddi sağlamlıq problemləri ilə nəticələnə bilər.
Daha əvvəl Azərbaycan vətəndaşlarınım alkoqollu içkilərə və siqaretə nə qədər pul xərclədiyi barədə məlumat verilmişdi.