HADİSƏ

Sarı xəbərdarlıq: Güclü külək gözlənilir

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Sputnik
BAKI, 24 noyabr - Sputnik. Milli Hidrometeorologiya Xidməti noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Hacıqabul, Salyan, Neftçala, Xaçmaz, Şabran, Quba, Qusar, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Məlumata görə, noyabrın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.