BAKI, 24 noyabr — Sputnik. Bakterial infeksiyalar 1-ci tip diabetə səbəb ola bilər.
Bunu "Journal of Clinical Investigation" (JCI) jurnalında dərc olunan araşdırma göstərib.
İmmun T hüceyrələri bakterial infeksiyalarla mübarizədə iştirak edirlər. Bununla belə, bir sıra bakteriyalar immun sisteminin hiperaktivləşməsinə təsir etmək üçün molekullardan istifadə edirlər. Sonuncu insulin istehsalına cavabdeh olan hüceyrələri məhv edir. Bütün bunlar isə 1-ci tip diabetin inkişafına səbəb olur.
Mütəxəssislər bu xəstəliyin uşaq və gənclərdə inkişaf etdiyini xatırladıblar. Bu vəziyyətdə insulin istehsal edən hüceyrələr bədənin öz immun sistemi tərəfindən hücuma məruz qalır.
"Bu, insulin çatışmazlığına gətirib çıxarır, yəni 1-ci tip diabetlə yaşayan insanlar gündə bir neçə dəfə insulin vurmalıdırlar" - tədqiqatçılar bildiriblər.
Əvvəllər elm adamları 2-ci tip şəkərli diabetin D vitamini ilə müalicə edilməli olduğunu bildirmişdilər. Onun çoxlu faydalı təsirləri olduğu aşkar edilib və bu, hətta onun təkcə vitamin deyil, həm də hormon sayılmasına imkan verib.