CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 23 noyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 23-də kimlər anadan olub?
Əhməd İsgəndərov (1927-2017) - Azərbaycan tarixçisi və şərqşünası, tarix elmləri doktoru, profesor və Yaponiyanın orta əsrlər tarixi üzrə mütəxəssisidir.
Franklin Pirs (1804-1869) - ABŞ-ın 14-cü prezidentidir (1853-1857).
Franklin Pirsin portreti
Henri Mozli (1887-1915) - ingilis fiziki və rentgen spektroskopiyasının banilərindən biridir.
Nikolay Nosov (1908-1976) - Rusiya uşaq yazıçısı, dramaturqu və ssenaristidir. O, "Neznayka" haqqında trilogiyanın müəllifidir.
Nikolay Nosov
Vensan Kassel (1966) - Fransa aktyorudur. O, aktrisa Monika Belluççi ilə evli olub. Aktyor "Sezar" mükafatı laureatıdır.
Vensan Kassel
Mayli Sayrus (1992) - ABŞ müğənnisi və aktrisasıdır. O, Disney serialı olan "Hanna Montana"dakı Mayli Stüart/Hanna Montana roluyla tanınır.
Mayli Sayrus
23 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1763-cü ildə Rusiyada Tibb Texnikumu yaradılıb.
1852-ci ildə İngiltərədə ilk poçt qutuları istifadə olunmağa başlanıb.
1920-ci ildə Jukovski adına Hərbi Hava Akademiyası yaradılıb.
1923-cü ildə amerikalı ixtiraçı Ceykob Şik tərəfindən yaradılan ilk elektrikli ülgüc patentləşdirilib.
1976-cı ildə fransalı dalğıc Jak Mayol dünyada ilk dəfə xüsusi avadanlıq olmadan 100 metr dərinliyə dalıb.
1992-ci ildə Las-Veqasda (ABŞ) keçirilən COMDEX sərgisində dünyanın ilk "IBM Simon" smartfonu təqdim olunub.
2005-ci ildə Liberiyanın Prezidenti seçilən Ellen Conson Serlif Afrikanın ilk qadın prezidenti kimi tarixə düşüb.