BAKI, 23 noyabr — Sputnik. NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla ilk görüşünü keçirib.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumdur ki, baş katibin görüşü 22 noyabrda Floridada baş tutub. Danışıqlar zamanı tərəflər alyansın üzləşdiyi qlobal və beynəlxalq təhlükəsizlik təhdidlərinin spektrini müzakirə ediblər.
Müzakirələr, əsasən Çinlə qarşıdurmanı və Ukraynada münaqişəni əhatə edib.
Daha əvvəl "The Washington Post" yazıb ki, NATO-nun baş katibi Rutte Trampı Rusiyaya güzəştə getməməyə çağırmaq istəyir.