DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Qazprom" Ukrayna vasitəsilə Avropaya qaz tədarükünü davam etdirir

Kursk vilayətindəki "Sudja" qazölçmə stansiyasından keçən tədarük marşrutu hazırda Rusiyadan Ukrayna ərazisi ilə Avropaya qaz tranziti üçün yeganə yoldur.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. "Qazprom", Avstriyanın OMV (Mərkəzi Avropadanın Avstriyada (Vyanada) yerləşən (2020-ci ildən) ən böyük neft və qaz şirkəti - red.) şirkəti Rusiya qazının tədarükünü dayandıracağını elan etdikdən sonra, Ukrayna vasitəsilə Avropaya qaz tədarükünü davam etdirir. 23 noyabr tarixinə bu rəqəm 42,4 milyon kubmetr təşkil edib.
Bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə bildirib.
"Qazprom" Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün Ukrayna tərəfinin "Sudja" qazölçmə stansiyasının (QÖS) təsdiq etdiyi həcmdə tədarük edir. Noyabrın 23-nə olan məlumata görə, bu rəqəm 42,4 milyon kubmetrdir. "Soxranovka" QÖS üçün müraciət rədd edilib" - Kupriyanov söyləyib.
OMV, Şimal-Qərb Dairəsinin Arbitraj Məhkəməsinin qadağanına zidd olaraq, "Qazprom" ilə beynəlxalq məhkəmə işini davam etdirib. Nəticədə Stokholm Arbitraj Məhkəməsi "Qazprom ekspert" tərəfindən qazın guya lazımi müddətə çatdırılmadığına görə 230 milyon avro təzminat ödəməsi barədə qərar qəbul edib. OMV bu məbləği cari tədarüklərlə kompensasiya etmək qərarına gəlib. Lakin OMV-nin ödəniş öhdəliklərini yerinə yetirməməsi nəticəsində bu tədarüklər noyabrın 16-da dayandırılıb. Eyni zamanda, OMV-nin özü də əvvəllər "Qazprom Export" ilə müqavilə münasibətlərinin pisləşməsi, o cümlədən müqavilə üzrə tədarükün mümkün dayandırılması ilə bağlı qorxularını ifadə edib.
Cari ildə maksimal nasos sürəti 42,5 milyon kubmetrdir.
2022-ci ilin mayında Ukrayna Rusiya qüvvələrinin nəzarəti altında olduğunu əsas gətirərək, "Soxranovka" QÖS vasitəsilə tranzit üçün qaz qəbulunu dayandırıb. Nəticədə qazın Avropaya tranziti üçün yalnız bir giriş - Kursk vilayətində "Sudja" QÖS qalıb. "Qazprom" bəyan edib ki, bütün həcmləri "Sudja"ya ötürmək texnoloji cəhətdən mümkün deyil. Eyni zamanda, "Qazprom" və Ukrayna arasında tranzit müqaviləsi 2021-ci ildən zəmanətli gündəlik nasos həcminin (hər iki tərəfdən) 109,6 milyon kubmetr təşkil etdiyini nəzərdə tutur.
Kursk vilayətindəki "Sudja" qazölçmə stansiyasından keçən tədarük marşrutu hazırda Rusiyadan Ukrayna ərazisi ilə Avropaya qaz tranziti üçün yeganə yoldur. Ötən il "Qazprom" onun vasitəsilə, təxminən 15 milyard kubmetr qaz tədarük edib ki, bu da Aİ-də ümumi istehlakın 4,5%-ni təşkil edib.