RUSİYA

Polkovnik "Oreşnik" ballistik raketinin toxunulmazlığını izah edib

Koşkin bildirib ki, "Oreşnik" düşmənin raketdən müdafiə sistemləri üçün əlçatmazdır.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Rusiyanın orta mənzilli "Oreşnik" ballistik raketi yüksək sürət və trayektoriya xüsusiyyətlərinə görə düşmənin raketdən müdafiə sistemləri qarşısında demək olar ki, toxunulmazdır.
Bu barədə "Lenta.ru" agentliyi hərbi ekspert, təqaüdçü polkovnik Andrey Koşkinin söylədiklərinə istinadən xəbər verib.
"Bu gün "Oreşnik" dünyanın heç bir raketdən müdafiə sistemi ilə vurula bilməz. Bu sistem, saniyədə 2-3 kilometr sürətlə uçan hipersəsli raketidir. Heç bir raket belə sürətə malik deyil", Koşkin bildirib.
Polkovnik izah edib ki, bu cür xüsusiyyətlər "Oreşnik" raketini ələkeçirici raketlər üçün demək olar ki, əlçatmaz edir. Bu silahı məhv etmək və ya zədələmək mümkün deyil.
"Oreşnik" riyazi hesablanması çox çətin olan trayektoriya ilə gedir", hərbi ekspert əlavə edib.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi ilk dəfə "Oreşnik" raketinin zərbəsinin təfərrüatlarını açıqlayıb. Dnepropetrovskda Ukraynanın hərbi-sənaye kompleksinin obyektlərindən birinə endirilən zərbə Amerika və Britaniyanın Rusiya ərazisində uzaqmənzilli silahlarından istifadə etməsinə cavab olaraq həyata keçirilib.