RUSİYA

"Oreşnik" Rusiya hərbi-sənaye kompleksinə qarşı sanksiyaların səmərəsizliyinin sübutu oldu

Rusiyanın Strateji Raket Qüvvələrinin baş komandanı qeyd edib ki, "Oreşnik" raketi bütün Avropadakı hədəfləri vurmağa qadirdir.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Rusiyanın ən yeni "Oreşnik" orta mənzilli raket kompleksi Rusiya Federasiyasının hərbi sənaye kompleksinə qarşı tətbiq olunan sanksiyaların səmərəsiz olduğunu və istehsala zərər verə bilməyəcəyinin sübutu olub.
Bu barədə "RİA Novosti" agentliyi hərbi analitik Uilder Aleksandro Sançesin söylədiklərinə istinadən xəbər verib.
"Moskva sanksiyaların və münaqişənin onun hərbi sənayesinə təsir etmədiyini, müasir sistemlər istehsal edə biləcəyini göstərmək istəyir", - mütəxəssis vurğulayıb.
Bu yaxınlarda Rusiyanın Strateji Raket Qüvvələrinin baş komandanı Sergey Karakayev bildirib ki, "Oreşnik" orta mənzilli ballistik raket bütün Avropadakı hədəfləri vurmağa qadirdir. Onun sözlərinə görə, hipersəsli bloklu olan raket kompleksi istənilən hədəfi yüksək effektivliklə məhv edə bilir.