BAKI, 23 noyabr — Sputnik. Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb.
Beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə tədris noyabrın 25-də davam edəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub.
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün - 25 noyabra qədər davam edəcək.