BAKI, 23 noyabr — Sputnik. ABŞ və digər NATO ölkələri öz raketlərindən Kursk və Bryansk vilayətlərini vurmaq üçün istifadə etməyə icazə verdikdən sonra Rusiyaya qarşı tam bir müharibəyə başlayıblar.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Al Arabiya" telekanalına müsahibəsində deyib.
"Bu, hər necə olur-olsun, hərbi toqquşmaların gedişatını dəyişir... çünki bu, NATO blokunun, ABŞ-ın mahiyyət etibarilə, artıq Rusiyaya qarşı tam bir müharibəyə qoşulduğunu göstərir" - Medvedev bu sözlərlə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli Qərb raketlərindən istifadənin nəticələrini şərh edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, bu, nəticəsiz qalmayacaq.
Bundan əvvəl Dmitri Medvedev Kiyev rejiminin uzaqmənzilli silahlardan istifadə etməsinin danışıqları yalnız gecikdirdiyini bildirmişdi.