BAKI, 23 noyabr — Sputnik. Əgər hansısa ölkə kosmosa silah yerləşdirsə, Rusiya buna reaksiya verəcək. Bunu Roskosmosun baş direktoru Yuri Borisov bildirib.
"Ümumiyyətlə, Rusiya hər zaman qətiyyətlə və ardıcıl olaraq kosmosa heç bir silah yerləşdirməmək mövqeyini müdafiə edir. Kosmosdan hərbi əməliyyatlar meydanı kimi istifadə edilsə və kosmosa hansısa növ silah buraxılsa təbii ki, Rusiya buna adekvat cavab verməli olacaq", - Borisov deyib.
Roskosmosun baş direktoru vurğulayıb ki, Rusiya Federasiyası heç vaxt orbitdə silah yerləşdirən ilk ölkə olmayacaq.
O vurğulayıb ki, Moskva 1967-ci ildə imzalanmış beynəlxalq müqavilə çərçivəsində hərəkət edir və bu sazişdə planetin kosmosunun, o cümlədən Ayın yalnız dinc məqsədlər üçün istifadəyə tabe olduğu bildirilir.
"2004-cü ildən bəri Rusiya kosmosda silahdan istifadə etməmək, kosmosa ilk silah buraxmamaq təşəbbüsü ilə çıxış edib", Borisov qeyd edib.