BAKI, 23 noyabr — Sputnik. Rusiya Federasiyasından benzinin ixracına qoyulan qadağa vaxtından əvvəl, yəni 2024-cü ilin sonuna qədər aradan qaldırılacaq. Hazırda müvafiq sənədlər hazırlanır.
"RİA Novosti" xəbər verib ki, bu barədə jurnalistlərə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Rusiyadan benzinin ixracına qoyulan qadağanın vaxtından əvvəl, yəni 2025-ci il yanvarın 1-dən əvvəl götürülməsi planlaşdırılırmı?" sualını cavablandıran Novak deyib: "Bəli. Hazırda sənədlər hazırlanır".
Qadağanın hansı tarixdən götürüləcəyini şərh edərkən, o qeyd edib ki, "dekabrın 1-dən olub-olmamasının fərqi yoxdur".
Bundan əvvəl Rusiya Energetika Nazirliyi Rusiyada benzin ehtiyatlarının 2,05 milyon tona qədər artdığını bildirmişdi. İdarədən qeyd edilib ki, yığılan yanacaq ehtiyatları daxili bazarın tələbatını ödəməyə kifayət edəcək.