BAKI, 23 noyabr — Sputnik. Bakıda COP29-da əcnəbi qonağı aldatmaq istəyən taksi sürücüsü saxlanılıb.
Bakı hava limanından paytaxtın mərkəzinə gediş Afrika təmsilçisinə 139 manata başa gəlib. Bu yolun real qiyməti 15 manata kimidir.
DİN Burundidən olan qonağın şikayətinə operativ reaksiya verib. Ödəniş ona qaytarılıb.