BAKI, 23 noyabr — Sputnik. Macarıstan Rusiya ilə ölkənin təhlükəsiz enerji təchizatı üçün zəruri olan qaz tədarükü üzrə əməkdaşlığı davam etdirəcək. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya Federasiyasının energetika nazirinin birinci müavini Pavel Sorokin ilə görüşdən sonra bildirib.
"Biz İstanbulda fürsətdən tez istifadə etdik, Rusiya Federasiyasının energetika nazirinin birinci müavini Pavel Sorokin ilə qaz təchizatı ilə bağlı mövcud vəziyyəti nəzərdən keçirdik. Macarıstanın təhlükəsiz enerji təchizatı üçün zəruri olan əməkdaşlığımızı davam etdirəcəyimiz barədə razılığa gəldik", Siyarto deyib.
ABŞ Xəzinədarlığı 118 fiziki və hüquqi şəxsi, Guta Bank, Dom.RF Bank, Qazprombank və onun altı xarici törəmə şirkəti olan Iturup Bank daxil olmaqla yeni anti-Rusiya sanksiyalar paketini elan edib. Macarıstan Xarici İşlər Nazirliyi qaz tədarükçüsü ilə məsləhətləşmələr apardığını və enerji təchizatını davam etdirmək üçün vəziyyəti həll etmək yollarını axtardığını bildirib.