BAKI, 22 noyabr — Sputnik. Kiyev Rusiya ilə münaqişə zamanı informasiya-psixoloji xüsusi əməliyyatlardan fəal şəkildə istifadə edir.
Bu barədə "Lenta.ru" Belarus Prezidenti Aleksandr Lukaşenkonun söylədiklərinə istinadən xəbər verib.
"Bunun nə olduğunu bilirsiniz. Baxın, Ukraynada müharibə gedir - informasiya qarşıdurması isə real məlumatdan tutmuş bütün növ informasiya-psixoloji xüsusi əməliyyata qədər davam edir – bunlar feyk, yalan, qərəzlilik və həqiqətdir", - Belarus prezidenti bildirib.
Lukaşenko Buçada baş verən hadisələri də xatırladıb. Onun sözlərinə görə, bununla heç bir əlaqəsi olmayan Rusiya hərbçilərini günahlandırıblar. Belarus lideri bunun "vaxtında və məharətlə" planlaşdırılan informasiya-psixoloji əməliyyat olduğunu vurğulayıb. Diplomat həmçinin əlavə edib ki, bunu Britaniya kəşfiyyat xidmətləri təşkil edib və Belarusun radioelektron kəşfiyyatı bütün bunları izləyib.
Aleksandr Lukaşenko bu yaxınlarda dünyanın Üçüncü Dünya Müharibəsi astanasında olduğunu bildirib. Eyni zamanda, o, informasiya müharibəsinin uzun müddətdir ki, davam etdiyini və informasiyanın "dünyanı idarə etdiyini" vurğulayıb.