BAKI, 21 noyabr — Sputnik. Təhsil, tərbiyə və səhiyyə Rusiya Federasiyası vətəndaşlarının işləməli olduğu sahələrdir, onlara miqrantları cəlb etmək düzgün deyil. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında qeyd edib.
"Təhsil, tərbiyə və səhiyyə ölkəmizin vətəndaşlarının işləməli olduğu sahələrdir. Miqrantları bu sahələrə cəlb etməyi biz yanlış hesab edirik", - diplomat bildirib.
Volodin vurğulayıb ki, 2024-cü ilin əvvəlindən Rusiya Dövlət Duması miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş 13 qanun hazırlayıb və qəbul edib. Xüsusilə, noyabrın 20-də Parlament Palatası qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi ilə bağlı hökumətə müraciəti qəbul edib.
"Dövlət Duması öz növbəsində miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini dayandırmır", - Rusiya Dövlət Dumasının sədri söyləyib.
Diplomat əlavə edib ki, gələn həftə Parlament üzvləri miqrant uşaqlarının rus dilini bilməmələri təqdirdə məktəblərə qəbulunu qadağan etmək təşəbbüsünü nəzərdən keçirəcəklər.
"Biz həmçinin Rusiyada işləyən miqrantlara sadələşdirilmiş qaydada yaşayış icazəsi almağa imkan verən peşələrin siyahısının hazırlanmasına parlament nəzarətini özümüzdə saxlayırıq. Onun hazırlanmasına xüsusi məsuliyyətlə yanaşmaq lazımdır", - Volodin fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.