BAKI, 21 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Rio-de-Janeyroda hipertonik böhran əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Braziliyanın "O Globo" qəzeti məlumat yayıb
Qəzetin yazdığına görə, daha əvvəl G20 sammitində iştirak etmək üçün Rio-de-Janeyroda olan ÜST rəhbəri Müasir İncəsənət Muzeyində (MİM) keçirilən tədbir zamanı ilk dəfə tibbi yardım üçün müraciət edib. Sonra onun qan təzyiqi yüksəlib və o, G20 diplomatik blokunda növbətçi həkimlər qrupu tərəfindən müayinə olunub. Onun təzyiqi normallaşdıqdan sonra həkimlər dərman resepti yazıblar.
"Tedros daxili qulaqın iltihabı və hipertonik böhran əlamətləri ilə xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən müşahidə altında saxlanılır", - qəzet qeyd edir.
"O Globo"nun məlumatına görə, şöbə müdiri Rio-de-Janeyrodakı Samaritano Barra özəl xəstəxanasına yerləşdirilib.
G20 liderlərinin sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda baş tutub.