BAKI, 21 noyabr — Sputnik. Kiyevə Rusiyaya qarşı uzaqmənzilli Qərb silahlarından istifadə etməyə icazə verdikdən və Rusiyanın nüvə doktrinasını yenilədikdən sonra eskalasiya riski maksimum həddə çatıb. Macarıstandan Ukraynadakı münaqişəyə qarışmamaq üçün böyük diplomatik təcrübə və vasitələr tələb olunacaq. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Qərb Kiyevə uzaqmənzilli silahlarından Rusiya ərazisinə zərbələr endirməyə icazə verdikdən və Rusiya nüvə doktrinasını yenilədikdən sonra çərşənbə günü səhər Orban ölkəsinin müdafiə şurasını toplayıb.
"Prezident Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi ilə sülh və ya ən azı atəşkəs nəzərəçarpacaq dərəcədə yaxınlaşdı, lakin ABŞ-da müharibə tərəfdarı olan hökumət daha iki ay hakimiyyətdə olacaq. Praktikada bu o deməkdir ki, dünən "ukraynalılar Rusiyaya uzaqmənzilli raketlər atdılar, rusiyalılar daha sərt nüvə doktrinasını qəbul etməklə cavab verdilər. Mən müdafiə şurasının hesabatını dinlədim. Müharibənin genişlənməsi və yayılması təhlükəsi heç vaxt bu qədər böyük olmayıb" - Orbanın "Facebook" sosial şəbəkəsində (Rusiya Federasiyasında ekstremist kimi qadağan olunub) videomüraciətində dərc olunub.
Onun sözlərinə görə, qarşıdakı "həftələr və aylar"da Macarıstan münaqişədən kənarda qalmaq üçün "bütün biliyə, vasitələrə və diplomatik təcrübəyə" ehtiyac duyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.