BAKI, 21 noyabr — Sputnik. Amerikalı jurnalist Taker Karlson ABŞ hakimiyyətinin siyasətini tənqid edərək ölkəni faşist dövləti adlandırıb. Bu barədə "RİA Novosti" jurnalistin öz həmkarı olan Qlen Qrinvald ilə söhbətinə istinadən xəbər verib.
"Əslində bizim hökumətimiz (ABŞ) eyni faşist dövlətidir", - agentlik Karlsondan sitat gətirib.
Nəşrdə qeyd edilib ki, jurnalist həm də hazırkı ABŞ hökumətini qəsdən nüvə münaqişəsinə səbəb olmaqda günahlandırıb.
Bu yaxınlarda Karlsonun ABŞ Prezidenti Co Baydeni axsaq ördək adlandırdığı bildirilib. O əmindir ki, Bayden Ukraynaya Rusiyanın dərinliklərinə Qərb raketləri ilə zərbə endirməyə icazə verməklə dünyanın ən təhlükəli ölkəsi ilə münaqişəyə başlayıb
Bundan əvvəl britaniyalı politoloq və jurnalist Finian Kanninqhem Baydenin ATACMS raketləri ilə bağlı qərarını ehtiyatsız və təxribatçı adlandırıb. O, həmçinin bu addımın "real təhlükədən daha çox simvolik" olduğunu da qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.