RUSİYA

Rusiyanın Tokiodakı səfirliyində BRİKS sammiti tədbirinə 60 ölkənin nümayəndəsi gəlib

BRİKS-in Kazanda keçirilən sammiti media və siyasi dairələrin, o cümlədən Yaponiyanın böyük diqqətini cəlb edib.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Rusiyanın Yaponiyadakı səfirliyində Kazanda keçirilən BRİKS sammitinə həsr olunmuş tədbirdə 60 ölkənin nümayəndəsi və 20-yə yaxın səfir iştirak edib. Bu barədə "RİA Novosti"nin müxbiri hadisə yerindən xəbər verib.
Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev öz çıxışında BRİKS-in müasir dünyada rolundan və əhəmiyyətindən, Kazan sammitinin nəticələrindən danışıb.

"BRİKS, ilk növbədə, həqiqətən çox vacib olanı - müstəqil suveren siyasəti təşviq edən həmfikir ölkələrin birliyidir. Lakin bu birlik həm də siyasi, iqtisadi və sivilizasiya müxtəlifliyinə əsaslanır. Çünki müxtəliflik BRİKS-i həqiqətən güclü edir. Fərqli siyasi sistemlərə, iqtisadi modellərə sahib fərqli bölgələrdən fərqli ölkələr. Lakin bunlar həmfikir ölkələrdir, çünki dünyanın gələcəyinə öz baxışlarını irəli sürürlər, fəaliyyətləri isə əsasən praktik əməkdaşlığa yönəldilib. BRİKS budur", - səfir deyib.

BRİKs sammiti, Kazan, Rusiya, arxiv
Səfir qeyd edib ki, BRİKS-in Kazanda keçirilən sammiti media və siyasi dairələrin, o cümlədən Yaponiyanın böyük diqqətini cəlb edib. Bununla əlaqədar xarici diplomatlardan və KİV-lərdən mətbuat konfransı keçirmək və sammitin nəticələrini müzakirə etmək xahişi ilə çoxlu müraciətlər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.