RUSİYA

Polşadakı raketdən müdafiə bazası Rusiya üçün prioritet hədəflər sırasındadır - Zaxarova

Rusiya XİN rəsmisi deyib ki, bu cür Qərb hərbi qurğularından yaranan təhlükələrin xarakteri və səviyyəsini nəzərə alaraq, Polşadakı raketdən müdafiə bazası çoxdan potensial məhv üçün prioritet hədəflər siyahısına əlavə edilib.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Polşadakı raketdən müdafiə bazası uzun müddətdir ki, Rusiya qoşunları üçün prioritet hədəflər sırasındadır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sahədə dərin sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır və strateji sabitliyin pozulmasına gətirib çıxarır. Təbii olaraq, strateji risklər və nəticədə nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına gətirib çıxarır", - Zaxarova deyib.

O, əlavə edib ki, obyekt Rusiyanın çəkindirici qüvvələrini zəiflətmək üçün “açıq-aşkar potensiala” malikdir.

"Bu cür Qərb hərbi qurğularından yaranan təhlükələrin xarakteri və səviyyəsini nəzərə alaraq, Polşadakı raketdən müdafiə bazası çoxdan potensial məhv üçün prioritet hədəflər siyahısına əlavə edilib ki, bu da zərurət yarandıqda, geniş spektrli silahlar tərəfindən yerinə yetirilə bilər", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Noyabrın 13-də Polşanın Redzikovo şəhərində, ölkənin şimalında, Rusiya ilə sərhəddən 165 kilometr aralıda ABŞ-ın Aegis raketdən müdafiə bazası rəsmi olaraq açılıb.
Polşa prezidenti Anjey Duda deyib ki, ABŞ-ın Redzikovodakı raketdən müdafiə bazası Rusiyaya qarşı yönəlib. Dudanın sözlərinə görə, ilkin variantda Redzikovodakı raketdən müdafiə bazası İranın potensial raket hücumuna qarşı durmaq üçün tikilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.