BAKI, 21 noyabr — Sputnik. Avrasiya təhlükəsizlik arxitekturasının yaradılması Avroatlantik elitaların irəlilətdiyi nüvə müharibəsinin qarşısının alınması üçün ən mənalı çıxış yoludur. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın "National Defence" jurnalına müsahibəsində bildirib.
"Biz Avrasiya makroregionunun tarixi yüksəlişinin şahidi oluruq. Bu gün çoxqütblü dünyanın ən fəal inkişaf edən qeyri-Qərb mərkəzlərinin çoxu məhz Avrasiyada yerləşir. Onları qitədə sabitlik və qarşılıqlı faydalı əməkdaşlıqda ümumi maraq birləşdirir", – Narışkin deyib.
"Qərbin Avrasiyada xaos və nifaq səpmək cəhdləri yalnız Rusiya və onun regional tərəfdaşlarının nizamı bərpa etmək əzmini gücləndirir. Qarşıdurmaya köklənmiş Avro-Atlantik elita dünyanı buna məcbur edur", - Xarici Kəşfiyyat Xidmətinin direktoru vurğulayıb.
Narışkinin sözlərinə görə, bu baxış təkcə Asiyaya məxsus deyil. "Bunu Avropada qalan sağlam qüvvələr də başa düşürlər, onlar total senzura şəraitində hələ ki, öz adı ilə çağırmağa cəsarət etmirlər", - Narışkin əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.