RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyev rejimi yaşayış obyektlərinə hücumlarını dayandırmır - Peskov

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumları zamanı zərərçəkənlərə yardım göstərmək üçün gecə-gündüz iş aparılır.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Kiyev rejimi, xüsusi əməliyyat çərçivəsində yalnız hərbi hədəflərə qarşı fəaliyyət icra edən Rusiya hərbçilərindən fərqli olaraq, PUA-ların köməyi ilə Rusiya Federasiyası ərazisində yaşayış obyektlərinə hücumlarını dayandırmır. Bunu Rusiya prezidentinin mətbuat katibi Prezident Dmitri Peskov deyib.

"Həqiqətən də, bir çox bölgələrdə Kiyev rejimi sakitləşmir, onlar yaşayış binalarını vururlar", - Peskov deyib.

Dmitri Peskov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumları zamanı zərərçəkənlərə yardım göstərmək üçün gecə-gündüz iş aparılır, ən fəallar isə hər bir işlə ayrıca məşğul olan qubernatorlardır.

"Bölgələrin rəhbərləri burada fəal işləyirlər və bu cür hücumlardan əziyyət çəkən bir çox bölgələr ölkənin federal büdcəsi tərəfindən dəstəklənir", - Peskov qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki obyektə altı "ATACMS" raketi ilə zərbə endirib. "S-400" hava hücumundan müdafiə sistemi və "Pantsir" hava hücumundan müdafiə sisteminin ekipajları beş raketi vurub, altıncısını isə zədələyib. Tələfat və dağıntı olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.