COP29

Daha 46 marşrut xəttinin fəaliyyəti bərpa olunur - Siyahı

COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. AYNA 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar aşağıdakılardır:
1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq edilib. COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Artıq onlardan bir çoxunun fəaliyyəti bərpa edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.