BAKI, 21 noyabr — Sputnik. ABŞ nüvə tərksilahı üzrə öhdəliklərini yerinə yetirməli və strateji riskləri azaltmaq üçün səy göstərməlidir. Bu barədə "RİA Novosti" Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyanın brifinqdə söylədiklərinə istinadən xəbər verib.
Bu yaxınlarda ABŞ Müdafiə Nazirliyinin Strateji Komandanlığının nümayəndəsi, kontr-admiral Tomas Byukenen bildirib ki, ABŞ potensial rəqiblərini daha da cilovlamaq üçün Vaşinqtonun öz arsenalının bir hissəsini saxlayacağı nüvə zərbələri mübadiləsinə icazə verəcək.
"ABŞ nüvə tərksilahına dair xüsusi prioritet öhdəliklərini vicdanla yerinə yetirməli, nüvə arsenalını əhəmiyyətli dərəcədə azaltmağa davam etməli, hərtərəfli və tam nüvə tərksilahının yekun reallaşması üçün şərait yaratmalı, həmçinin strateji riskləri azaltmalı və regionda sülh və sabitliyi qorumaq üçün səylər göstərməlidir", - Lin Tszyan vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.