BAKI, 20 noyabr — Sputnik. ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn Livan və İsrail arasında atəşkəs danışıqlarında yeni irəliləyişlər barədə məlumat verib. Bu barədə RİA Novosti məlumat yayıb.
"Livan parlamentinin sədri Nəbih Berri ilə ikinci dəfə görüşüm oldu, bunun nəticəsi olaraq bir neçə saat ərzində İsrailə gedəcəyəm və mövqeləri bir-birinə yaxınlaşdırmağa çalışacağam", - Hokşteyn danışıqlardan sonra mətbuat konfransında deyib.
Danışıqların təfərrüatları və şərtlərlə bağlı sualı cavablandıran ABŞ-ın xüsusi nümayəndəsi bildirib ki, hələlik hər hansı təfərrüatları açıqlamaq niyyətində olmadığı üçün onları məyus etmək məcburiyyətindədir.
Berri ilə ilk görüşündən sonra Hokşteyn Beyrutdakı danışıqların müsbət və məhsuldar keçdiyini bildirib.
Hokşteyn Vaşinqtonun İsraillə atəşkəs təklifinə İsrailin cavabını müzakirə etmək üçün Livana gəlib. RİA Novosti-nin livanlı mənbəsi daha əvvəl bildirmişdi ki, ABŞ dekabrın 15-dək atəşkəs perspektivlərini müsbət qiymətləndirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.