BAKI, 20 noyabr — Sputnik. Baltikyanı ölkələrə real təhlükə Ukraynanın təxribat fəaliyyətidir.
Bu barədə "TASS" Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən xəbər verir.
"Məhz Ukrayna Baltik dənizinin dərinliyində təxribat və terror aktları törətməyə üstünlük verir", Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Peskov Baltik dənizindəki iki sualtı kabelin təxribatına görə Rusiyaya qarşı ittihamları absurd adlandırıb. O, Ukraynanın "Şimal axını" qaz kəmərlərinin partladılmasında iştirakı ilə bağlı xəbərlərə cavab verilməməsinə işarə edib.
Bu yaxınlarda İsveç hüquq-mühafizə orqanları Baltik dənizində rabitə kabellərinin qırılması ilə təxribat törətməkdə Çini şübhəli biliblər. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Çin Xalq Respublikasında (ÇXR) qeydiyyatda olan "Yi Peng 3" gəmisinin iki kabelin zədələnməsində iştirakının mümkünlüyünü araşdırırlar.