BAKI, 20 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi COP 29-də iştirak etmək üçün İsrail prezidenti İsak Hersoq da Bakıya gəlmək niyyətində idi. Onun təyyarəsinin Azərbaycana gəlməsi Türkiyənin hava məkanından keçməklə gerçəkləşməli idi. Amma Ankara onun təyyarəsini öz hava məkanından buraxmadı.
"Milliyet" qəzetinin yazdığına görə, səfər təhlükəsizlik səbəbindan ləğv olunub. Buna rəğmən, ekspertlər vəziyyəti birmənalı qiymətləndirmir. Çoxları bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin qarşıdurmasına olan münasibəti ilə bağlayırlar.
Ərdoğan
© AP Photo / Darko Vojinovic
Ərdoğanın Qəzzadakı vəziyyətə reaksiyası
Türkiyə prezidentinin mövqeyi İsrail rəsmiləri tərəfindən kəskin tənqid edilir. Bu da onunla bağlıdır ki, Ərdoğan hökuməti bölgədəki böhranın yalnız müstəqil Fələstin dövlətinin yaradılması ilə aradan qaldırıla biləcəyini iddia edir. Bu, Fələstin liderlərinin mövqeyi ilə tam üst-üstə düşür.
İsrail və Türkiyə liderləri arasında Qazza qarşıdurması hələ 2009-cu il Davos İqtisadi Forumunda müşahidə olundu. Həmin vaxt Ərdoğan – Peres qarşıdurması tərəflər arasında münasibətlərin soyuması ilə nəticələndi. Ərdoğanın məhşur "one minute" ifadəsi isə əsl memə çevrildi.
İki ölkə arasında gərginlik 2010-cı ilin mayında daha da artdı. Qəzzanın blokadasına etiraz edən Türkiyə fələstinlilərə humanitar yardımım çatdırılması məqsədi ilə beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarından olan nümayəndələrin də cəlb olunması ilə bölgəyə yollandılar.
Lakin İsrail onları bölgəyə buraxmadı. Müxtəlif ölkələrin bayrağı altında olan 8 mülkü gəmi İsrail xüsusi təyinatlıları tərəfindən hücuma məruz qaldı. İzafi gücün tətbiq olunması nəticəsində 10 Türkiyə vətəndaşı öldürüldü, 60 nəfər yaralndı.
3 il davam edən siyasi çəkişmədən sonra İsrail Türliyədən rəsmi üzr istədi və həlak olanların ailəsinə təzminat ödəməyə razılıq verdi. Təzminat ödənilməsi daha 3 il yarım vaxt apardı.
Bundan sonra iki ölkə arasında gərginlik azalsa da, Ankaranın Fələstin məsələsi ilə bağlı münasibəti dəyişməz olaraq qaldı. Bölgədəki son olaylar Ərdoğanın ritorikasını daha da kəskinləşdirdi. Onun iyul ayında AKP-nin toplansında söylədikləri isə İsrailin təşvişinə səbəb oldu.
"Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə istədiyini edə bilməsin. Qarabağa və Liviyaya girdiyimiz kimi, bunun bənzərini onlara da edə bilərik. Bunu etməməyimiz üçün heç bir səbəb yoxdur. Sadəcə, güclü olmalıyıq ki, bu addımları ataq" - Ərdoğan bildirmişdi.
Bu açıqlamadan sonra İsrailin Xarici işlər nazirliyi NATO-dan Türkiyənin üzvlükdən çıxarılmasını istəmişdi.
Bundan əlavə, Ərdoğan iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Qəzzadakı vəziyyəti xüsusi vurğulayaraq problemin köklü həllini tələb edir. Bu mövqe həm BRİKS-in toplantısında, həm G-20 sammitində, həm də BMT tribunasında öz əksini tapıb. Ötən həftə isə Ərdoğan bildirdi ki, Türkiyə hökuməti İsraillə əlaqələri kəsib.
Təyyarə olayı prizmasından gələcəyə baxış
İsrail prezidentinin Bakıya səfəri məsələsinə qayıdaraq qeyd edək ki, Türkiyənin hava məkanı İsrail təyyarələri üçün bağlı olsa da, bu, Bakıya uçmaq üçün yeganə marşrut deyil.
Qaldı ki Türkiyə-İsrail münasibətinə, əksər müşahidəçilərin gəldiyi qənaət belədir ki, Qəzzadıki olaylar davam etdikcə, ölkələr arasındakı vəziyyətin yaxşılaşacağını gözləmək lazım deyil.
İddialara görə, İsrail-Fələstin münaqişəsinə fərqli baxış iki qardaş dövlət - Türkiyə və Azərbaycan arasında sərinliyin yaranmasına səbəb olub. Ərdoğanın "Qarabağ və Liviyaya girdiyimiz kimi, Qəzzaya da girərik" ifadəsi Azərbaycanın iqtidar dairələrində təlatüm yaradıb. İqtidara yaxınlığı ilə tanınan müəlliflər və blogerlər Ərdoğanı Qarabağın azad edilməsində Azərbaycan ordusunun rolunun kiçiltməkdə və Türkiyənin rolunu şişirtməkdə günahlandırıb.
Ərdoğanın COP29-la bağlı Bakıya gəlişi zamanı Azərbaycan rəsmilərinin onunla soyuq təması da diqqət çəkib. Müşahidəçilərin fikrincə, bu münasibətin kökündə ictimaiyyətə açıqlanmayan digər səbəblərlə yanaşı, Hersoqun təyyarəsinə keçid icazəsinin verilməməsi də dayanır.