BAKI, 20 noyabr — Sputnik. "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin təxribatının ehtimal olunan bəzi iştirakçılarının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə çoxdankı əlaqələri var.
Bu barədə Almaniyanın "Der Spiegel" jurnalı öz araşdırmasının nəticələrinə istinadən yazıb.
Nəşr həmin şəxslərin kimliyinin müəyyən edildiyini dəqiqləşdirib. Nəşrin yazdığı kimi, ABŞ tərəfi uzun müddətdir ki, Ukrayna xüsusi xidmət orqanlarının sıralarında MKİ-də təlim keçə biləcək "etibarlı" əməkdaşlar axtarırdı.
Xatırladaq ki, "Şimal axını"nda təxribat 2022-ci ilin sentyabrında baş verib.
Bu günlərdə Rusiya Federasiyası Prezidentinin köməkçisi və ölkənin Dəniz Kollegiyasının sədri Nikolay Patruşev qeyd edib ki, Qərb "Şimal axınları"nda baş verənlərə bənzər yeni terror aktları törədə bilər.