BAKI, 20 noyabr — Sputnik. Rusiyanın mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukraynanın hərbi potensialı müqayisəedilməzdir.
O, bu mövqeyini "Hindistan və Rusiya mediası arasında əməkdaşlıq üçün yeni imkanlar: Hindistan və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi" görüşündə səsləndirib.
Perkov dəqiqləşdirib ki, Kiyevin Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verilməsi münaqişənin həllinə kömək etməyəcək.
Noyabrın 19-da brifinqdə Vladimir Putin Rusiya Federasiyasının nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları haqqında fərman imzaladıqdan sonra Kreml rəsmisi dəqiqləşdirib ki, rəqiblər Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüz halında cavab tədbirlərinin qaçılmaz olduğunu başa düşməlidirlər.
Həmçinin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Qərb raketlərinin hücumları Rusiyaya cavab zərbəsi endirmək hüququ verir.