BAKI, 20 noyabr — Sputnik. ABŞ-la münasibətlərdə Rusiya "tanqonu tək rəqs etmək" niyyətində deyil.
"TASS" xəbər verib ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Moskvanın Vaşinqtonla münasibətləri normallaşdırmağa açıq olduğunu vurğulayıb.
"Ancaq biz tanqonu tək başına rəqs edə bilmərik, axı. Bunu etməyi heç planlaşdırmırıq da" - Peskov qeyd edib.
O, həmçinin xatırladıb ki, "sanksiya yarışını" ilkin olaraq Rusiya Federasiyası başlatmayıb. Kremlin sözçüsü əlavə edib ki, bunun təşəbbüskarı ABŞ olub.
Bundan əvvəl Dmitri Peskov bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts Qərbin Rusiyanın dərinliklərinə raket zərbələri endirməsini müzakirə etməyiblər. Rusiya Federasiyasının Prezidenti ilə Almaniya kansleri arasında telefon danışığı noyabrın 15-də baş tutub.