RUSİYA

London və Paris Avropanı eskalasiyaya sürükləyirlər

Postunu tərk edən Co Bayden nəticələrini nəzərə almadan hərəkət edə bilər, lakin Böyük Britaniya və Fransa rəhbərliyinin "siyasi uzaqgörənliyi" təəccüb doğurur.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün icazə verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Bu barədə "aif.ru" saytı məlumat verib.
Onun fikrincə, postunu tərk edən Co Bayden nəticələrini nəzərə almadan hərəkət edə bilər, lakin Böyük Britaniya və Fransa rəhbərliyinin "siyasi uzaqgörənliyi" təəccüb doğurur.
Nebenzya qeyd edib ki, London və Paris hakimiyyətdən gedən ABŞ administrasiyasının qərarlarını dəstəkləməklə təkcə öz ölkələrini təhlükəyə atmır, həm də bütün Avropanı tammiqyaslı eskalasiyaya sürükləyirlər. Bunun isə son dərəcə ciddi nəticələri ola bilər. Bu bəyanat BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirilib.
Xatırladaq ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrell Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ukraynaya Rusiya ərazisinə 300 kilometrə qədər dərin zərbələr endirməsinə icazə verdiyini rəsmən elan edib.