DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT qüvvələrinin döyüş potensialının artırılması üçün tədbirlər görülməlidir - Serdyukov

KTMT-nin Birləşmiş Qərargah rəisi deyib ki, subregional problemlərin regional münaqişələrə çevrilməsinin qarşısını almaq üçün tədbirlər görmək lazımdır.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Geosiyasi vəziyyətin pisləşməsi fonunda KTMT-nin kollektiv qüvvələrinin qoşunlarının döyüş potensialının artırılması və təhdidlərə effektiv cavab verməyə hazırlığının təmin edilməsi üçün fəal tədbirlər görülməlidir. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov bildirib.
"Dünyada deqradasiyaya uğrayan geosiyasi vəziyyət, strateji qeyri-sabitliyin artması, beynəlxalq hüququn ümumbəşəri normalarının rədd edilməsi kontekstində KTMT Silahlı Qüvvələrin qoşunlarının döyüş potensialının artırılması üçün dövlətlərarası səviyyədə qabaqlayıcı tədbirlərin işlənib hazırlanması və qəbul edilməsi zəruridir. KTMT-nin kollektiv qüvvələrinin yaranan risk və təhdidlərə vaxtında, effektiv və adekvat cavab verməyə hazır olmasını təmin etmək vacibdir", Serdyukov deyib.
Onun sözlərinə görə, subregional problemlərin regional münaqişələrə çevrilməsinin qarşısını almaq üçün tədbirlər görmək lazımdır.
Serdyukovun fikrincə, bu iş üçün zəruri şərtlərdən biri KTMT-nin fundamental tədqiqat təşkilatları sisteminin qurulmasıdır.
Serdyukov koalisiya hərbi quruculuğunun prioritet istiqamətləri və fəaliyyətinin əsaslandırılması, kollektiv təhlükəsizliyə mövcud və proqnozlaşdırılan çağırış və təhdidləri nəzərə almaqla KTMT-nin hərbi komponentinin perspektiv imicini formalaşdırmaq üçün KTMT ölkələrində mövcud elmi potensialdan istifadə etməyə çağırıb.