AZƏRBAYCAN XƏBƏRLƏRİ

Əli Məsimlidən uşaq yeməklərinin hər gün bahalaşmasına və cərimələrin artmasına etiraz

Deputat bildirib ki, son dövrlərdə cərimələrlə bağlı cəmiyyətdə qıcıq yaranır. Cərimələr getdikcə artır və buna izah verilmir.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. "Uşaq yeməkləri və uşaq ləvazimatlarının qiyməti günü-gündən qalxır, kəllə çarxa çatır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, əhalinin bunları almağa imkanı yoxdur: "Uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır. Əgər güzəştlərdən söhbət gedirsə, bu sahəyə çox ehtiyac var".
Əli Məsimli bildirib ki, son dövrlərdə cərimələrlə bağlı cəmiyyətdə qıcıq yaranır: "Cərimələr getdikcə artır və buna izah verilmir. Bəzi hallarda əlavə vəsait cəlb etmək üçün süni cərimələr tətbiq edilir".