RUSİYA

Ukrayna Rusiyanın dərinliklərinə hücum etsə, adekvat cavab veriləcək - Zaxarova

Zaxarova vurğulayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski və onun tərəfdaşlarının dua etdikləri heç bir "möcüzə silah" Xüsusi hərbi əməliyyatın gedişinə təsir edə bilməz.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Kiyevin Rusiyaya zərbə endirmək üçün Qərbin uzaqmənzilli raketlərindən istifadə etməsi münaqişənin mahiyyətini kökündən dəyişəcək və real cavaba səbəb olacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Kiyevin ərazimizə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və onun əlaltılarının Rusiyaya qarşı hərbi əməliyyatlarda bilavasitə iştirakı, habelə münaqişənin mahiyyətinin kökündən dəyişməsi deməkdir" - o, jurnalistlərin Vaşinqtonun Kiyevə Rusiyanın dərinliklərinə raket zərbələri endirməyə icazə verməsi ilə bağlı sualına cavab verib.
RUSİYA
Putin düşmənin kosmosda raketdən müdafiə sistemlərini yerləşdirməsini təhlükə adlandırdı
Zaxarova vurğulayıb ki, "Rusiyanın cavabı bu halda adekvat və hiss ediləcək dərəcədə olunacaq".
O, eyni zamanda vurğulayıb ki, bu məlumatı yayan KİV-in rəsmi mənbələrə istinad edib-etməməsi hələlik bəlli deyil. Bununla belə, aydındır ki, Kiyevin Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsindəki məğlubiyyətləri fonunda "Rusiyaya qarşı açılmış hibrid müharibənin maksimum dərəcədə genişlənməsinə cəhd edir, Moskva üzərində strateji qələbə kimi xəyali məqsədə nail olmağa çalışırlar" - diplomat qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski və onun tərəfdaşlarının dua etdikləri heç bir "möcüzə silah" Xüsusi hərbi əməliyyatın gedişinə təsir edə bilməz", - Zaxarova vurğulayıb.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin qeyd edib ki, Kiyevə uzaqmənzilli silahlardan istifadəyə icazə verilməsi münaqişənin mahiyyətini dəyişəcək. O əlavə edib ki, bu, NATO-nun hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq.
Xatırladaq ki, noyabrın 17-də "The New York Times" ABŞ Prezidenti Co Baydenin Kiyevə "ATACMS" raketlərini Rusiya Federasiyasının dərinliklərinə endirmək üçün icazə verdiyini yazmışdı.