RUSİYA

Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün rəsmi loqosu təqdim olunub

Onu Rusiyanın xalq artisti, “Qələbə könüllüləri” Ümumrusiya ictimai hərəkatının icraçı direktoru Vladimir Maşkov təqdim edib.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Moskvanın Poklonnaya təpəsindəki Qələbə Muzeyində Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün rəsmi loqosu təqdim olunub. Burada Stalinqrad döyüşünün qəhrəmanlarına həsr olunmuş “Vətən çağırır!” abidəsi, Georgi lenti təsvir olunub, həmçinin “Qələbə” sözü və “80” rəqəmi yazılıb.
Qələbənin 80-ci ildönümünün qeyd olunmasının simvolunu Rusiyanın xalq artisti, “Qələbə könüllüləri” Ümumrusiya ictimai hərəkatının icraçı direktoru Vladimir Maşkov təqdim edib. Onun sözlərinə görə, oğul və qızlarını düşmənlə döyüşə çağıran vətənin siması hər kəsə uşaqlıqdan tanışdır.
"Bu obraz xalqımızın sarsılmaz ruhunun simvoluna çevrilib. Və bu obraz, şübhəsiz ki, bizi birləşdirir. Fərqli insanları birləşdirir. Ancaq hər kəs orada özünəməxsus, öz qüruruna, yaddaşına aid bir şey tapacaq. Məhz bu şəkil Qələbəmizin 80 illiyinin loqosuna çevrildi” - Maşkov bildirib.
Tədbirdə mədəniyyət naziri Olqa Lyubimova və “Qələbə könüllüləri” ictimai hərəkatının icraçı direktoru Anastasiya Ryabova da iştirak ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl bildirdiyi kimi, 2025-ci il mayın 9-da çox böyük bir tədbir təşkil olunacaq.
“Bundan əlavə, qələbənin 80 illiyinə həsr olunmuş müxtəlif təşəbbüslər, aksiyalar, sərgilər və s. silsiləsi var”, o, jurnalistlərə bildirib.