DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kim Çen In Rusiya ilə ticarət əməkdaşlığını inkişaf etdirməyə çağırıb

Kim Çen In KXDR ilə Rusiya arasında yeni sazişin imzalanmasından sonra müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkib.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Şimali Koreya lideri Kim Çen In Rusiya ilə ticari-iqtisadi, elmi-texniki əməkdaşlığın hərtərəfli təşviq edilməsinin vacibliyini bəyan edərək, iki ölkə arasında əlaqələrin getdikcə daha sıx və dərinləşdiyini vurğulayıb.
Bu barədə Mərkəzi Teleqraf Agentliyi (MTA) məlumat yayıb.
Kim Çen In KXDR ilə Rusiya arasında yeni sazişin imzalanmasından sonra müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkib. O, hər iki ölkənin rifahına və inkişafına töhfə verəcək hökumətlərarası ticarət-iqtisadi əməkdaşlığın fəal şəkildə təşviq edilməsinin vacibliyini qeyd edib.
Həmçinin söhbətin "səmimi və yoldaşlıq atmosferində keçdiyi də bildirilib.
Bundan əvvəl Şimali Koreya lideri ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya və KXDR hökumətlərarası komissiyası arasında danışıqlarda iştirak etmək üçün Pxenyana gələn Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlovla görüş keçirib.