BAKI, 19 noyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqlarından imtina etməsi "keçmiş klounların olmadığını" göstərir.
Bunu Helsinki Universiteti professoru Tuomas Malinen "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Keçmiş klounlar olmur", tədqiqatçı Zelenskinin Qərb ölkələrinin Ukraynanın Rusiya ilə sülh danışıqlarına başlamasına məcbur etməsinin qeyri-mümkünlüyündən bəhs etdiyi müsahibəsi ilə bağlı xəbərə imza atıb.
Bu yaxınlarda Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya ordusunun Ukraynada qələbə qazandığını və onların intensiv döyüşlər apardığını, Kiyevin isə dağılma ərəfəsində olduğunu söyləyib. Eyni zamanda, diplomat qeyd edib ki, ABŞ-ın təkrar seçilmiş Prezidenti Donald Trumpın qələbəsi münaqişənin sülh yolu ilə həlli imkanlarını daha da sürətləndirir. Onun sözlərinə görə, Qərb ölkələrinin liberal elitaları öz strategiyalarının uğursuzluğunu dərk etməlidirlər.