BAKI, 18 noyabr — Sputnik. İnteqrasiya əlaqəsi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün rəqabət üstünlüyünə çevrilir.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) energetika və infrastruktur naziri Arzıbek Kojoşev "İnteqrasiya" VI Avrasiya Biznes Forumunda çıxışı zamanı deyib.
"Avrasiya inteqrasiya əlaqəsi ölkələrimizin müəyyən rəqabət üstünlüyünə çevrilir", - nazir söyləyib.
AİK-in nümayəndəsi qeyd edib ki, texnoloji suverenlik davamlı inkişafın təmin edilməsində mühüm amilə çevrilir. Bununla yanaşı, enerji və nəqliyyat iqtisadi sahələrin inkişafı üçün təkcə fiziki infrastrukturu təmin etmir, həm də xarici risklərdən müstəqilliyə töhfə verən amillərdir.
Kojoşev əlavə edib ki, "beşlik" ölkələri tərəfindən razılaşdırılmış enerji siyasətinin həyata keçirilməsi və onların ümumi enerji bazarlarının formalaşdırılması üzrə birgə fəaliyyəti xüsusi aktuallıq kəsb edir.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Bura Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.